Azərbaycanda daha 930 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb

Azərbaycanda daha 930 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb backend

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 930 yeni yoluxma faktı qeydə alınıb, 703 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 627 015 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 609 480 nəfər müalicə olunaraq sağalıb, 8 541 nəfər vəfat edib, aktiv xəstə sayı 8994 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 566, ötən müddət ərzində isə ümumilikdə 6 019 327 test aparılıb.

Diaspora