Qarabağa səfər edənlərə belə bir şərt qoyulub - DİN rəsmisi

Qarabağa səfər edənlərə belə bir şərt qoyulub -  DİN rəsmisi backend

"Qarabağa səfər üçün bilet almış şəxsin icazəsi elə həmin tarixdən başlayır. Bu ərazilərə səfərlər zamanı üstünlük hüququ olan insanlar yoxdur. Hamıya bərabər şərait yaradılıb".

"Report" xəbər verir ki, bunu işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə çıxış edən Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik idarəsinin rəis müavini Eldəniz Məmmədov deyib.

"Səfər edənlərə orada gecələməyə icazə verilməyəcək. Bu, təhlükəsizliyə görə lazımdır. Vətəndaşlar bir neçə saat orada vaxt keçirdikdən sonra geri dönəcəklər", - deyə o, qeyd edib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov isə bildirib ki, hazırda hər kəs işğaldan azad edilmiş ərazilərə səfər etmək istəyir, amma avtobusların sayı buna imkan vermir: "Bu səbəbdən də hər bir şəxsin ildə bir dəfə səfər etməsi şərt kimi qoyulub. Prosesin gedişində avtobusların sayı artırıla bilər. Həmçinin tələb irəli sürülüb ki, insanlar gediş-dönüş biletini eyni anda alsınlar. Çünki ərazidə minalanmış yerlər ola bilər və əgər kimsə başqa yerlərə getmək istəsə bu fəsadlara gətirə bilər. Bu səbəbdən də belə şərt qoyulub”.

“Bu səfərlər yalnız ölkə vətəndaşlarına aiddir. Gələcəkdə lazım gələrsə xarici vətəndaşlar üçün turizm səfərləri təşkil olunacaq”, - o əlavə edib.

Diaspora