Oktyabrda 4-cü İnvestorlar Yarmarkası keçiriləcək

Oktyabrda 4-cü İnvestorlar Yarmarkası keçiriləcək backend

Azərbaycana xarici investorların cəlb edilməsi və mikromaliyyə sahəsində mövcud olan yeni xidmət sahələrini təqdim etmək məqsədilə oktyabrın 9-da Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçılığı ilə “Məsuliyyətli mikromaliyyəyə aparan yol” mövzusunda 4-cü İnvestorlar Yarmarkası keçiriləcək.



Assosiasiyadan AZƏRTAC-a bildiriblər ki, tədbirdə mikromaliyyə, ixtisaslaşmış maliyyə ekspert və şirkətləri, beynəlxalq investorlar və texniki xidmət təminatçılarının şirkətləri, bank olmayan kredit təşkilatları və banklar, lizinq təşkilatlarının iştirakı gözlənilir. Bundan əlavə, ikinci hissədə maliyyə institutları ilə investorların və xidmət təminatçılarının yarmarka formatında görüşləri planlaşdırılır.
Diaspora