Dövlət orqanlarında çalışan bu işçilərin maaşları artırıldı

Dövlət orqanlarında çalışan bu işçilərin maaşları artırıldı backend

Nazirlər Kabinetinin “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarında dəyişiklik edilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2022-ci il yanvarın 1-dən aşağıdakı məbləğdə müəyyən edilir:

Aylıq vəzifə maaşının məbləği (manatla)

1. Ali kateqoriya dövlət orqanlarında 370

2. 1-ci kateqoriya dövlət orqanlarında 355

3. 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 335

4. 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında 315

Həmin işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanlarında həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur.

Bu Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

loading...
Diaspora