Bağçada döyülən uşağın atası danışdı: Ərkyana vurub - VİDEO

Bağçada döyülən uşağın atası danışdı: Ərkyana vurub - VİDEO backend

"2019-cu il təvəllüdlü uşağımı döyən tərbiyəçi Zülfiyyə Baxışova yaxın qohumumdur. Ola bilər uşağı ərkyana vurub".

Qaziler.az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə İsmayıllıdakı 1 saylı uşaq bağçasında tərbiyəçi tərəfindən şiddət göstərilən azyaşlının atası, İsmayıllı Peşə Tədris Mərkəzinin direktor müavini Rəşid Mirzəliyev açıqlamasında bildirib.

Onun sözlərinə görə, baş verənlərdən üzülür:

“Təbii, bu görüntülər bizi üzdü. Hər zaman bizim ailə ilə Zülfiyyə Baxışova arasında mehriban, isti münasibət olub. Bundan başqa, mənim digər övladlarımın da tərbiyəsi ilə sözügedən müəllim məşğul olub. Heç zaman ondan narazı olmamışıq. Hadisə ilə bağlı da övladım evdə hər hansı bir söz deməyib”.

Qeyd edək ki, Təhsil Nazirliyi İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında uşağın başına vuran Zülfiyyə Baxışovanı işdən çıxarıb.

loading...
Diaspora