“Azerspace-1” peykinə ötürülən kanallara nəzarət gücləndirilib

“Azerspace-1” peykinə ötürülən kanallara nəzarət gücləndirilib backend

Bakı Teleqüllə Kompleksində yerləşən “Peyk” mərkəzindən “Azerspace-1” peykinə ötürülən TV və radio kanallarına nəzarət daha da təkmilləşdirilib və gücləndirilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyindən AZƏRTAC-a verilən məlumata görə, peykə ötürülən siqnalların görüntü və səs keyfiyyətinə 24/7 saatlıq iş rejimində nəzarəti həyata keçirmək üçün yayımlanan kanalların yeni monitorinq sistemi quraşdırılıb və istismara verilib.

“Azerspace-1” peykinin 3 transponderinə, 11175,0 MHs tezliyində Azərbaycan paketinə (9 TV və 10 radio proqram), 11135,0 MHs tezliyində (13 TV və 3 radio proqram) və 11095,0 MHs tezliyində yayımlanan xarici paketlərə (11 TV və 7 radio proqram) yeni peyk monitorinq sistemi vasitəsilə birbaşa nəzarət həyata keçirilir.
Diaspora