Bakının Yasamal rayonunda bina yanır. Trend xəbər verir ki, bina Bakı Dövlət Universitetinin yaxınılığında yerləşir. Hadisənin təfərrüatları barədə əlavə məlumat verəcəyik.
x x xFHN-nin qaynar xəttindən Trend-ə bildirilib ki, yanğın "Vital" Klinikanın yerləşdiyi binada baş verib. Nazirlikdən verilən məlumata görə, hazırda yanğının baş verdiyi əraziyə FHN-nin yanğınsöndürən briqadası yola düşüb.
Yanğının hansı səbəblərdən baş verməsi və miqyası barədə hələlik məlumat verilmir.
x x x
Yasamal rayonunda məişət tullantılarının olduğu zibillikdə yanğın baş verib. Əsasən köhnə avtomobil şinləri yanıb. Bu barədə Trend-ə FHN-nin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.
Yanğının iki yanğınsöndürən briqada tərəfindən söndürüldüyü bildirilib.