Tərbiyəçinin vurduğu uşağın anasının kimliyi məlum oldu - FOTO

Tərbiyəçinin vurduğu uşağın anasının kimliyi məlum oldu -  FOTO backend

Xəbər verdiyimiz kimi, ötən gün sosial mediada və xəbər saytlarında İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında uşağa qarşı şiddət göstərilməsini əks etdirən görüntü yayımlanıb. Bu gün həmin tərbiyəçi Baxışova Zülfiyyə Ədalət qızı işdən çıxarılıb.

Qaziler.az xəbər verir ki , döyülməyə məruz qalan uşağın anası Gülnarə Mirzəliyeva İsmayıllı Rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsində Baş məsləhətçi işləyir.

Qeyd edək ki, Z.Baxışova körpənin anasının xalasıdır. Buna görə də azyaşlının ailəsi tərbiyəçidən şikayətçi olmayıb.

Unikal.org

Diaspora