Gəncədə şəhid ailələri yaşayan binada yanğın baş verib

Gəncədə şəhid ailələri yaşayan binada yanğın baş verib backend

Gəncə şəhərinin Şəddadilər küçəsindəki 3 mərtəbəli yaşayış binasında güclü yanğın baş verib. Yanğın 117 saylı binanın 18-ci mənzilində, Səbuhi Pirxadəzimova məxsus 2 otaqlı evdə qeydə alınıb. Güclü alov eyvandan başlayaraq mətbəxə keçib. Yanğın zamanı eyvan və mətbəxin yanar konstruksiyaları və əşyaları yanaraq külə dönüb. Yanğın qonşu mənzilin eyvanına da keçib.

Hadisə yerinə Gəncə şəhər Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və 6 avtomobilli cəlb edilib. Şiddətlənən alovun qarşısı yanğınsöndürənlər tərəfindən alınıb.

Yanğın zamanı 36 kvadratmetr mənzilin 12 kvadratmetri yanıb. Hadisə zamanı evdə olan ailə üzvləri xəsarət almayıblar.

Hazırda hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, yanğın hadisəsinin baş verdiyi bina Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilib.


Diaspora