Bunlar DSX-nin tabeliyinə verildi

Bunlar DSX-nin tabeliyinə verildi backend

Mədəniyyət Nazirliyinin tabeliyində olan Respublika Atçılıq Turizm və Milli Atüstü Oyunlar Mərkəzi ştat vahidləri və ona məxsus əmlakla birlikdə Dövlət Sərhəd Xidmətinin (DSX) tabeliyinə verilib.

Qaziler.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan Respublika Atçılıq Turizm və Milli Atüstü Oyunlar Mərkəzinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin tabeliyinə verilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.

loading...
Diaspora