Sabah boş qalan yerlərə ixtisas seçimi başlayır

Sabah boş qalan yerlərə ixtisas seçimi başlayır backend

Sabahdan ali təhsil müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi başlayacaq. QAZİLER.AZ xəbər verir ki, TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə ixtisas seçimi prosesi avqustun 19-dək davam edəcək.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı avqustun 14-də “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.

Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər (orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub). Həmin jurnalı abituriyent.az saytından da ödəniş etməklə sifariş etmək olar.