İSTİ: 40 dərəcə

İSTİ: 40 dərəcə backend

Bakı və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi, gündüz cənub-şərq küləyinin əsəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 23-26 dərəcə, gündüz 32-37 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcək, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 20-25, gündüz 35-40 dərəcə, dağlıq rayonlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.
Diaspora