“Azəriqaz"ın rəhbəri magistrantlarla görüşüb - FOTO

“Azəriqaz"ın rəhbəri magistrantlarla görüşüb -  FOTO backend

Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin magistrantları ilə görüşüb.

Bu barədə "Azəriqaz”dan bildirilib.

Məlumata görə, İstehsalat Birliyi ilə Universitet arasında bağlanmış müqaviləyə əsasən, ali təhsil olacağının Biznesin iqtisadiyyatı və menecment kafedrasında "Dayanıqlı şəhərsalma və regionların planlaşdırılması" proqramı üzrə magistratura pilləsində təhsil alan Vəliyev Kamran və Əlizadə Əlibəy magistr dissertasiyasına rəhbərlik üçün "Azəriqaz"a göndəriliblər.

R.Əliyev magistrantların təhsil istiqamətləri üzrə tədqiqat aparmaq istədikləri sahələrlə maraqlanıb, dissertasiya mövzusunu müəyyənləşdirmək üçün öz tapşırıq və tövsiyələrini verib.

Görüşdə həmçinin İstehsalat Birliyinin İnsan Resursları Departamentinin rəisi Xəqani Bəşirov, Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov da iştirak edib.

loading...
Diaspora