Şəmkirdə ər evindən qaçan gəlin danışdı: “Yoldaşım tez-tez məni döyürdü...”

Şəmkirdə ər evindən qaçan gəlin danışdı:  “Yoldaşım tez-tez məni döyürdü...” backend

Ötən ilin dekabarın 31-i Şəmkir rayonunun Mahmudlu kəndində itkin düşən və bu gün tapılaraq ata evinə təhvil verilən 24 yaşlı Gülbəsti Qurbanova yaşadıqlarını danışıb.

O, Publika.az-a açıqlamasında bildirib ki, köçdüyü evdən qaçmağının səbəbi mütamadi olaraq şiddətə məruz qalmasıdır:

“Uşağım olmurdu deyə, başıma qaxırdılar. Yoldaşım tez-tez məni döyürdü. Həkimə, dərmana nə xərc çəkirdilərsə, məni danlamağa başlayırdılar. Maddi kömək üçün atama, qardaşıma deməyimi istəyirdilər. Həkimə gedib gələndən sonra evdə söz söhbət yaranırdı.”

Gülbəsti Musayeva ər evinin onun evdən qızıl və təxminən 700 manata yaxın pul götürüb getməsiylə bağlı səsləndirdiyi iddalara da münasibət bildirib. Qadının sözlərinə görə, gedərkən evdən qızılları aparıb, lakin pul götürməyib: “Evdən özümə məxsus qızıllarımı, əl çantamı və gödəkçəmdən başqa heç nə götürməmişəm. Ərimin yığdığı pulun miqadarını belə bilmirəm. Çünki o pulları qayınanamın özü saxlayıb ki, yığılan pul qaynım Tağınındır, sürücülük vəsiqəsi alacaq. Pul məsələsi yalandır, evdən çıxmağıma görə şər atırlar”.

Gülbəsti Musayeva 31 dekabr 2021-ci il tarixdə hara və kiminlə getməsini də danışıb. O, bildirib ki, Şirvan şəhərinə 5 ilə yaxındır tanıdığı Valeh adlı oğlanla gedib və onunla orada qalıb: “Mən hara getmək lazım olduğunu başa saldım. Taksi ilə Valeh də gəlmişdi. Biz Şirvan şəhərinə getdik. Qızıllarımı min manata satdım, özümə paltar aldım. Daha sonra fotolarımı saytlarda gördüm və polisə zəng etdim ki, sağam. Polislər gəlib Şirvan şəhərindən götürüb, məni ata evimə gətirdilər. Mən ərimlə yola getməyəcəyimi, onunla yaşaya bilməyəcəyimi atama və yaxınlarıma hələ 3 il bundan öncə, nişanlı olanda demişdim. Amma atam nişanı qaytarmadı”.

Məlumat üçün bildirək ki, Gülbəsti Qurbanova 1 ildən çoxdur ki, Mahmudlu kənd sakini Mahir Musayev adlı şəxslə ailəlidir, lakin cütlüyün rəsmi nikahı olmayıb. 

loading...
Diaspora