“Azəriqaz” rəhbərliyi zaqatalalı sahibkarlarla görüşəcək

“Azəriqaz” rəhbərliyi zaqatalalı sahibkarlarla görüşəcək backend

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüşü Zaqatala rayonunda təşkil olunacaq.

Qaziler.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, "Azəriqaz" İB-nin rəhbər şəxsləri Zaqatala şəhəri, Nizami küçəsi 9 (Mədəniyyət evinin qarşısı) ünvanında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” yanvar ayının 13-ü saat 15:00-dan 17:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək

loading...
Diaspora