Məşhur türk aktyordan qazimizə maraqlı hədiyyə - VİDEO

Məşhur türk aktyordan qazimizə maraqlı hədiyyə -  VİDEO backend

Türkiyənin reytinqli layihələrindən olan "Eşkiya dünyaya hökmdar olmaz"ın məşhur aktyoru Oqtay Qaynarca yeni xəbərlə gündəmə gəlib.

Qaziler.az Bakı.vs-yə istinadən xəbər verir ki, o, II Qarabağ müharibəsində döyüşən qazilərimizdən biri Azər Abdullazadə ilə görüşüb.

Aktyor qazimizə təsbeh hədiyyə edib. Həmin an lentə alınan görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, 21 yaşlı qazimiz Azər Abdullazadə Tərtər rayonunun Cəmilli kəndindəndir. O, Vətən müharibəsi zamanı - 2020-ci ilin oktyabrında Cəbrayıl istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Azər Abdullazadə sağ gözünü itirib. O, Vətən Müharibəsi Qəhrəmanıdır və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunub.

loading...
Diaspora