“Petlim” konteyner limanının inşası son mərhələsindədir

“Petlim” konteyner limanının inşası son mərhələsindədir backend

“Petlim” konteyner limanının inşası son mərhələsindədir. Türkiyənin ən yüksək standartlarına sahib olacaq liman yaxında vaxtlarda istifadəyə veriləcək.



AZƏRTAC xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş.”nin rəhbəri Kənan Yavuz məlumat verib.

Ötən il Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki ən böyük aktivi və səhmlərinin 61,32 faizi SOCAR-a məxsus olan “Petkim PetroKimya Holding A.Ş.”nin törəmə şirkəti “Petlim Limancılık Ticaret A.Ş.” öz səhmlərinin 30 faizini 300 milyon dollara “Goldman Sachs” şirkətinə satıb. Hazırda limanın 70 faizlik hissəsi SOCAR-a, 30 faizlik hissəsi isə “Goldman Sachs”a aiddir. “Petlim”i Hollandiyanın “APM Terminals” şirkəti idarə edəcək.

“Petlim” Türkiyənin üçüncü, Egey dənizinin ilk böyük limanı olacaq. İlkin mərhələdə ötürücülük qabiliyyəti 1,5 milyon TEU olacaq limanın gücünün sonradan iki dəfəyədək artırılması planlaşdırılır.
Diaspora