Qazilərimiz İstanbulda "Heydər Əliyev" Parkını ziyarət edib

Qazilərimiz İstanbulda  "Heydər Əliyev" Parkını ziyarət edib backend

Türkiyədə səfərdə olan Azərbaycanlı qazilər İstanbulda Sarıyer Bələdiyyəsinin ərazisində yerləşən "Heydər Əliyev" Parkında oldular.

Herbiand.az xəbər verir ki, ziyarət zamanı Azərbaycanlı qazilərlə bərabər Türkiyənin veretan təşkilatlarının nümayəndələri də iştirak edib.

Xatırladaq ki, Azərbaycanlı qazilərin Türkiyəyə səfəri Türkiye Müharip Gaziler Derneyinin dəvəti ilə Mersin və Adananın düşmən işğalından qurtuluşunun 100 illik yubileyi tədbirlərinə qatılmaq üçün həyata keçirilir. Səfər Gənclər və İdman Nazirliyinin dəstəyi, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Qazilərimiz İstanbulda

loading...
Diaspora