Qaynarca görüşə gəlmədi, qazilərimiz qınadı

Qaynarca görüşə gəlmədi, qazilərimiz qınadı backend

Türkiyənin Qazilər Dərnəyinin İstanbul şöbəsində İkinci Qarabağ savaşının 15 qazisi ilə görüş keçirilib.

Qaziler.az xəbər verir ki, məşhur türk aktyoru Oqtay Qaynarca həmkarı Abidin Yerebakan vasitəsilə qazilərimizə hədiyyə olaraq təsbeh göndərib.

Lakin Qaynarcanın ziyarət əvəzinə hədiyyə göndərməsi qazilərimiz tərəfindən qınaqla qarşılanıb və onlar aktyorla görüşmək istəyiblər.

“Qəhrəman qazilərimizlə birgə 3 gün burada olacağıq. Qazilər olan yerdə vacib məsələlər ikinci plana keçər. Bizi İstanbulda tapsın, bizimlə görüşsün. Filmlərində vətənpərvərliyi ilə seçilir. Vətəni və torpağı sevmək şəhidi və qazini sevmək deməkdir”, - Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Axar.az

loading...
Diaspora