Rusiya bahalaşmayla bizə təzyiq edir? - Vahid Əhmədovdan açıqlama

Rusiya bahalaşmayla bizə təzyiq edir? -  Vahid Əhmədovdan açıqlama backend

Yanvarın 6-da millət vəkili Vahid Əhmədov İTV-nin səhər saatlarında efirə gedən verilişində çörəyin bahalaşmasına münasibət bildirib. 

Qaziler.az bildirir ki, mövzu ilə bağlı ətraflı danışan deputat aşağıdakı məsələlərə toxunub:

Deputat bildirib ki, çörəyin qiymətinin artmasının səbəbi buğdanı aldığımız ölkədə baş qaldıran qiymət artımı ilə bağlıdır. Azərbaycan isə buğdanı təkcə Rusiyadan alır, amma dünyada buğda istehsal edən qardaş Pakistan, Ukrayna, Moldova, Kanada kimi ölkələr də var. Bəlkə Rusiya qiymət artımdan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə eləyir?! Deputat təklif edib ki, Azərbaycan buğdanı bir çox ölkələrdən almalıdır. Belə ki, bir ölkədə qiymət artımı olanda, digərində olmayanda qiymətlər nizamlanmış olsun.  

Verilişdə deputat Azərbaycan sahibkarlarına müraciət edərək, 44 günlük müharibədən çıxan qalib ölkənin xalqına bir az güzəşt etmələrini, bu çətin günlərdən çıxmaq və məsələnin həlli üçün dövlət başçısının bununla bağlı bir tədbir görəcəyini deyib. 

Vahid Əhmədov onu da qeyd edib ki, bir çoxları razı olmasa da, amma ölkədə monopoliya ciddi şəkildə baş alıb gedir və bunu aradan qaldırmaq lazımdır. 

QAZİLER.AZ
 

Diaspora