İmişlidə zorakılığa məruz qalan 11 yaşlı qızın son durumu açıqlanıb

İmişlidə zorakılığa məruz qalan 11 yaşlı qızın son durumu açıqlanıb backend

"İmişlidə zorakılığa məruz qalan 11 yaşlı qızın sosial reabilitasiyası davam etdirilir".

Bu barədə "Report"un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, azyaşlı psixoloji konsultasiya və terapiyalara cəlb olunub: "Təhsil hüququ bərpa edilib, sosial pedaqoq tərəfindən pedaqoji dəstək göstərilir. Nəticədən asılı olaraq onların reinteqrasiyası məsələsinə baxılacaq".

Qeyd edək ki, İmişlidə 11 yaşlı qız ögey atası tərəfindən təcavüzə məruz qalaraq hamilə qalmışdı.

loading...
Diaspora