Abonentlərin nəzərinə! - Sayğaclar bu tarixə qədər sıfırlanacaq - VİDEO

Abonentlərin nəzərinə! - Sayğaclar bu tarixə qədər sıfırlanacaq -  VİDEO backend

Yeni ilin ilk günündən "Azəriqaz" İstehsalat Birliyi sayğacların sıfırlanması prosesini həyata keçirməyə başlayıb. Smart tipli sayğaclarda yenilənmə birbaşa olsa da, mexaniki sayğaclarda bunu etmək mümkün olmayıb.

Qaziler.az xəbər verir ki, bunu etmək istəyən abonentlər mexaniki sayğacın yanvarın 1-nə olan vəziyyətini əks etdirən fotosunu çəkərək 077-3-104-104 vatsap nömərsinə göndərməlidir.

"Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev ATV-yə bildirib ki, sayğacların üz qabığının fotosunu göndərmək könüllüdür: "Bu, bizim qurumun tələbi deyil. Sadəcə xahişimiz idi ki, daha sürətli işimizin təmin olunması baxımından fotoları bizim vatsap nömrəmizə göndərsinlər".

Qeyd edək ki, yanvarın 10-a qədər ölkə ərazisində bütün mavi yanacaq istehlakçılarının sayğacları sıfırlanacaq.

loading...
Diaspora