Koronavirusla bağlı müraciətlər xeyli azalıb

Koronavirusla bağlı müraciətlər xeyli azalıb backend

Son vaxtlar ölkədə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayında azalma müşahidə edilir. Bu, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına edilən müraciətlərin sayına təsir göstərir. Ona görə də son vaxtlar təcili tibbi yardıma müraciət edən koronavirus xəstələrinin sayı azalıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva nazirliyin instaqram hesabında danışarkən deyib.

Həkim-mütəxəssis bildirib ki, təcili tibbi yardım stansiyaları vasitəsilə koronavirus üçün yaxma testi vətəndaşın bədən temperaturu yalnız 38 və ya daha yuxarı olduqda götürülür: “Əks halda, vətəndaşlar COVID-19 testi vermək üçün müvafiq poliklinikalara müraciət etməlidirlər. Onu da qeyd edim ki, son həftələrdə təcili tibbi yardıma müraciət edən xəstələr arasında hospitalizasiya olunanların sayı da azalıb. Əvvəllər xəstələr infeksiyaya yoluxduqları halda daha çox evdə müalicə alır və xəstəxanaya yalnız vəziyyətləri kəskinləşdikdə müraciət edirdilər. Belə olan halda, onlar boğulma hiss etdikləri üçün təcili olaraq xəstəxanaya yerləşdirilirdilər. İndi isə daha çox öskürək, bədən temperaturunun yüksəlməsi, əzələ ağrısı ilə bağlı müraciətlər daha çox olur”.

loading...
Diaspora