DSMF sədri Sumqayıtda vətəndaşları qəbul edəcək

DSMF sədri Sumqayıtda vətəndaşları qəbul edəcək backend

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev fevralın 19-da, saat 11:00-da qurumun Sumqayıt şəhər şöbəsinin inzibati binasında Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34
Sumqayıt şəhər şöbəsində (01865) 2-15-15
Abşeron rayon şöbəsində (012) 342-89-66
Xızı rayon şöbəsində (02331) 5-01-64
Qubadlı rayon şöbəsində (01865) 5-41-37

Qəbulda iştirak edəcək vətəndaşların fevralın 19-da DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.
Diaspora