Qarabağ qazilərinə motorlu əlil arabaları paylanıldı - FOTO

Qarabağ qazilərinə motorlu əlil arabaları paylanıldı -  FOTO backend

Bu gün “Qürbətdən Qarabağa”, “Qazilərimiz qürurumuzdur” aksiyası çərçivəsində Qarabağ qazilərinə əlil arabaları paylanılıb.

Qazilər.az xəbər verir ki, Hollandiya Azərbaycan-Türkiyə cəmiyyətinin sədri İlhan Aşkının rəhbərliyi, Hollandiyada yaşayan türk iş adamlarının və "KrosMedical CZ" şirkətinin dəstəyi ilə ölkəyə 100 ədəd motorlu əlil arabaları gətirilib.

Bugünkü tədbirdə əlil arabalarının 30 ədədi həm I Qarabağ müharibəsi, həm də Vətən müharibəsi qazilərinə paylanılıb.

Tədbirdə Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri, deputat Adil Əliyev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli və qazimiz Akif çıxış edib.

Tədbirdə “Qabarağ qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev də iştirak edib.

Qeyd edək ki, yerdə qalan əlil arabalarının yaxın zamanlarda ehtiyacı olan qazilərimizə paylanılacağı bildirilib.

QAZİLER.AZ

Diaspora