Daha bir erməni əsgər öldürüldü

Daha bir erməni əsgər öldürüldü backend

Ermənilər əsgərin snayper atəşindən öldürüldüyünü iddia edir. Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində işğalçı Ermənistan ordusunun daha bir əsgəri öldürülüb.


ANS PRESS-in məlumatına görə, Karen Ovannisyan cəbhə xəttinin şərq hissəsində yerləşən hərbi hissələrdən birində öldürülüb. Ermənistan tərəfi əsgərin snayper atəşindən öldürüldüyünü iddia edir. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti Karen Ovannisyanın 12:30-da təmas xəttinin şərq istiqamətində yerləşən hərbi hissəsinin döyüş dayaq məntəqəsində ölümcül güllə yaralanmasından öldüyünü qeyd edib.

Təfərrüatların müəyyənləşdirilməsi üçün istintaq başlanıb.
Diaspora