Bir qrup Vətən müharibəsi qazisi Türkiyədə səfərdədir - FOTO

Bir qrup Vətən müharibəsi qazisi Türkiyədə səfərdədir -  FOTO backend

"Türkiye Muharip Gaziler Derneyi"nin dəvəti ilə bir qrup Vətən müharibəsi qazisinin qardaş ölkəyə səfəri başlayıb.

Qaziler.az Herbiand.az-a istinadla xəbər verir ki, bu məlumatı “Tərxis Olunmuş Hərbçilərin Gəncləri  Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli məlumat verib.

Birlik sədri bildirib ki, 3 yanvar Mərsinin və 5 yanvar Adanın qurtuluşunun 100 illiyi münasibətilə bu şəhərlərdə böyük tədbirlər keçiriləcək: “Vətən müharibəsi qaziləri nəzərdə tutulmuş tədbirlərdə iştirak edəcək. Bundan sonra onların Ankaraya səfəri planlaşdırılır. Paytaxtda rəsmi şəxslər və hərbi yönümlü təşkilatların təmsilçiləri ilə görüşlər də nəzərdə tutulub. Səfər çərçivəsində İstanbulda da bir sıra görüşlər keçiriləcək”.

Emin Həsənli sözlərinə görə, "Türkiye Muharip Gaziler Derneyi"nin dəvəti ilə reallaşan səfər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri  Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Heyətin tərkibinə Vətən müharibəsində yüksək orden və medallara layiq görülmüş qazilər, xüsusi təyinatlı hissələrin tərkibində döyüşlərdə iştirak etmiş hərbçilər daxildir.

Səfərin əsas məqsədi iki qardaş ölkənin qaziləri, mühabirə iştirakçıları, hərbi yönümlü qeyri-hökumət təşkilatları arasındakı əlaqələrin daha da genişlənməsinə yardım etməkdir: “Bu cür səfərlər Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsindən güc alaraq həyata keçirilir. Eyni zamanda cənab Prezident İlham Əliyevin hər zaman şəhid alilələrinə, müharibə veteranlarına yüksək diqqət və qayğı göstərdiyini əldə rəhbər tutaraq, biz də bu istiqamətdə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq. Bu səfərin mənəvi və psixoloji önəmi həddindən artıq yüksəkdir. Çünki vaxtı ilə Qurtuluş Savaşında, o cümlədən Mərsinin və Adananın düşmən işğalından azad edilməsində azərbaycanlılar da türk qardaşalarımızla çiyin-çiyinə vuruşublar”.

Emin Həsənli onu da vurğulayıb ki, zaman-zaman Azərbaycan Türkiyəyə, Türkiyə də Azərbaycana dəstək olub: “ Vətən müharibəsinin ilk günündən sonuna qədər də başda Cümhurbaşqanı Recep Tayyip Erdoğan olmaqla Türkiyə Azərbaycanın yanında oldu, ölkəmizə mənəvi və siyasi dəstək göstərdi. Bir sözlə, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir”.

Diaspora