Vətən müharibəsi şəhidinin doğum günüdür - FOTO

Vətən müharibəsi şəhidinin doğum günüdür -  FOTO backend

44 günlük Vətən müharibəsində iştirak edən hərbçi şəhid Nağıyev Pərviz Güloğlan oğlunun  doğum günüdür. 

O, 1991-ci il yanvarın 1-də Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olub.

Azərbaycan Ordusunun çavuşu olan Pərviz Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

P.Nağıyev sentyabrın 29-da Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 22 may 2021-ci ildə Tovuz rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 24 iyun tarixli Sərəncamına əsasən Pərviz Nağıyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

P.Nağıyevin 6 və 4 yaşında oğulları yadigar qalıb.

loading...
Diaspora