Rusiya bir neçə ölkəyə S-400 və S-350 satmaq istəyir

Rusiya bir neçə ölkəyə S-400 və S-350 satmaq istəyir backend

Rusiya bir sıra ölkələrlə S-400 “Triumf” zenit-raket komplekslərinin tədarükü ilə bağlı danışıqlar aparır.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin mətbuat katibi Valeri Reşetnikova bildirib.

 

O, hansı ölkələrdən söhbət getdiyini açıqlamayıb.

 

Reşetnikova deyib ki, bəzi ölkələr ABŞ-ın təzyiqi səbəbindən S-400-ə maraqlarını açıq bildirmirlər: ““S-400-lər üçün yeni müqavilələr bağlanan kimi siz bundan xəbər tutacaqsınız”.

 

Onun sözlərinə görə, Rusiyanın S-350 və Buk-M3 zenit-raket komplekslərinin tədarükü də bir sıra ölkələrlə müzakirə olunur.

 

Türkiyə Rusiyadan S-400 sistemlərini alan ölkələrdən biridir. Buna görə Vaşinqton 2019-cu ildə Ankaraya F-35 qırıcıları tədarük etməkdən imtina edib. 

 

S-400 ilə bağlı daha bir müqavilə Hindistanla imzalanıb. Dekabr ayında Pakistanla sərhəddə ilk raket sistemləri yerləşdirilib.

Diaspora