Səfərbərlik xidmətinin rəhbərliyi şəhid ailələrini ziyarət edib - FOTO

Səfərbərlik xidmətinin rəhbərliyi şəhid ailələrini ziyarət edib -  FOTO backend

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəhbərliyi ictimaiyyət nümayəndələrinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində şəhid ailələrini ziyarət edib.

SHXÇDX-dən Qaziler.az-a bildiriblər ki, Xidmətin rəhbərliyi şəhid ailələrinə baş çəkib, bayram münasibətilə onları təbrik ediblər. Görüşlərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla anılıb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarına ən böyük əmanətlərindən olan müstəqil dövlətimiz və vahid məqsəd ətrafında sıx birləşmək ideyası Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi, rəşadətli Silahlı Qüvvələrimizin qəhrəmanlığı nəticəsində əldə edilmiş Böyük Zəfər dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi daha da ruhlandırıb, onların ümummilli maraqlar ətrafında sıx birləşməsinə zəmin yaradıb.

Dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunan şəhid ailələrini ziyarət etmək və şəhidlərimizin xatirəsini əziz tutmaq hər kəsin vətəndaşlıq borcu olduğu ifadə olunub.

İctimaiyyət nümayəndələrinin də iştirak etdiyi görüşlərdə SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələri respublikanın şəhər və rayonlarını əhatə etməklə bir qrup şəhid ailələrini ziyarət edib və bayram sovqatları çatdırıblar.

Diaspora