Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında 2013-cü ildə işlənilməsinə başlanılmış Naftalan şəhərinin Baş planı üzrə işlər artıq başa çatıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən AZƏRTAC-a bildirilib ki, Baş planın yekun layihəsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 32.2.-ci maddəsinə uyğun olaraq təsdiq edilmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunub.