Milli Məclis Prezident və xanımını təbrik etdi

Milli Məclis Prezident və xanımını təbrik etdi backend

Milli Məclis 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.

“Report”un xəbərinə görə, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubunun ünvanlanmasını təklif edib.

Deputatlar sədrin təklifinə dəstəklərini alqışlarla bildiriblər.

Diaspora