Ermənilərin yaraladığı "Bakcell" əməkdaşının vəziyyəti açıqlandı

Ermənilərin yaraladığı "Bakcell" əməkdaşının vəziyyəti açıqlandı backend

"Ağdamda erməni silahlılarının atəşi nəticəsində yaralanan "Bakcell" MMC-nin əməkdaşının həyatı üçün təhlükə yoxdur".

Qaziler.az xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilib.

"Böyük təəssüflə bildiririk ki, Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində xidməti vəzifələrini yerinə yetirən əməkdaşlar erməni silahlıları tərəfindən atəşə tutulub. Hadisə nəticəsində yaralanan Anar Rəhimliyə hazırda tibbi xidmət göstərilir və həyatı üçün təhlükə yoxdur. Hazırda Bakcell şirkəti işğaldan azad olunmuş ərazilərimizdə mobil şəbəkənin qurulması istiqamətində genişmiqyaslı işlər aparır və əməkdaşlarımızın Ağdama səfərinin məqsədi də həmin ərazidə mobil şəbəkənin qurulması olub", - məlumatda qeyd edilib.

loading...
Diaspora