Qazilərin əlillik dərəcəsi necə təyin olunur?

Qazilərin əlillik dərəcəsi necə təyin olunur? backend

Qazilərin əlillik dərəcəsinin təyin edilməsi üçün ilk növbədə Müdafiə Nazirliyinin hərbi həkim komissiyası qazilərin sağlamlıq vəziyyəti barəsində rəyi olur. Daha sonra bu rəy və şəxsiyyət vəsiqəsi ilə vətəndaş bizə yaxınlaşır və yekun sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə göndərilir.

Qaziler.az Oxu.Az-a istinadla xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama departamentinin rəhbəri Hikmət İbrahimli “Əlilliyin təyin olunmasında tibb müəssisələrinin rolu” mövzusunda sualları cavablandırarkən deyib.

O bildirib ki, bəzən vəziyyətlərindən asılı olaraq qazilər arasında həkim məsləhət komissiyasına yaxınlaşa bilməyənlər olur:

“Bu zaman Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri birgə qazinin evinə gedir. Nəticədə zəruri məlumatlar toplanılır və qazinin sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə göndərilir”.

Diaspora