Qadınlara qarşı nalayiq ifadələr işlədən, görüntülərini çəkib yayan şəxs həbs edildi - VİDEO

Qadınlara qarşı nalayiq ifadələr işlədən, görüntülərini çəkib yayan şəxs həbs edildi -  VİDEO backend

İctimai yerdə qadınlara qarşı nalayiq ifadələr işlədən və onların görüntülərini çəkərək sosial şəbəkələrdə yayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin şəxsin Bakı şəhər sakini 25 yaşlı Samir İbrahimov olması müəyyən edilib. O, tutduğu əməldən peşiman olduğunu və səhfə yol verdiyini etiraf edib. Bununla belə onun hərəkətlərində xırda xuliqanlıq, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə fakta görə İnzibati Xətalar Məcəlləsinin 510, 535-ci maddələri ilə barəsində toplanmış matereallar baxılması üçün məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə onun barəsində 30 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub.

loading...
Diaspora