Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyəti aparatının innovasiya şöbəsi rəisinin müavini Elxan Bayramov və baş mütəxəssis Samir Vəliyev Türkiyədə ezamiyyətdə olublar.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, ezamiyyət müddətində E.Bayramov və S.Vəliyev Türkiyənin Kayseri şəhərindəki Erciyes Universitetinin texnoparkında təcrübə keçiblər. Onlar, həmçinin Texnoloji Araşdırma Bölgəsi, Elm və Texnologiya Mərkəzi, Sera Kuluçka Mərkəzi (inkubator), Texnologiyaların Transferi Ofisi ilə tanış olublar.
Erciyes Universitetinin rəhbərliyi ilə görüşdə elmi əlaqələrin inkişafı barədə geniş fikir mübadiləsi aparılıb, müvafiq anlaşma memorandumunun layihəsi və gələcək əməkdaşlıq planları hazırlanıb.
Yaxın gələcəkdə AMEA-nın nəzdində Elm və Texnologiyalar Parkının yaradılması nəzərdə tutulur.