Kəlbəcər təxribatı zamanı saxlanılan beş erməni hərbçi Ermənistana təhvil verildi - RƏSMİ

Kəlbəcər təxribatı zamanı saxlanılan beş erməni hərbçi Ermənistana təhvil verildi -  RƏSMİ backend

Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq 29 dekabr 2021-ci il tarixdə Macarıstan vasitəçiliyi ilə 5 erməniəsilli şəxsi Ermənistan tərəfinə təhvil verib.

Bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Həmin şəxslər 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılan erməniəsilli hərbi qulluqçulardır.

Qeyd olunan 5 nəfər Ermənistan vətəndaşı, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları - 01.11.1995-ci il təvəllüdlü Abramyan Sarkis Arturi, 18.06.1991-ci il təvəllüdlü Xaçatryan Arman Vaçaqani, 08.01.1988-ci il təvəllüdlü Aqacanyan Vaqe Sasuni, 16.04.1992-ci il təvəllüdlü Xaçataryan Suren Levai və 04.10.1997-ci il təvəllüdlü Avetyan Aram Artemidir.

Bildirilib ki, 2021-ci ilin 26 noyabr, 4 və 19 dekabr tarixlərində də Azərbaycan qarşı tərəfə 21 nəfər erməniəsilli hərbi qulluqçunu qaytarıb.

loading...
Diaspora