"Gələn il gəlir və xərclərimiz üzrə risklər olmayacaq" - DSMF

"Gələn il gəlir və xərclərimiz üzrə risklər olmayacaq" - DSMF backend

Gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun (DSMF) proqnozlaşdırılan gəlirləri üzrə risk gözlənilmir.

Qaziler.az xəbər verir ki, bunu Fondun sədri Himalay Məmişov 2021-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

"Ölkə iqtisadiyyatı pandemiyadan sonra yenidən inkişaf tempini bərpa edib. Bu isə o deməkdir ki, proqnozlaşdırılan gəlirlərdə hər hansı risk gözlənilmir. DSMF-nin xərcləri də müəyyən olunmuş qrafikə uyğun icra olunacaq", - deyə o, qeyd edib. (report.az)

Diaspora