Corco Armani 1965-ci ildə çəkilən kinonu yenidən bərpa edəcək

Corco Armani 1965-ci ildə çəkilən kinonu yenidən bərpa edəcək backend

Modelyer Corco Armani italyan kinematoqrafını dəstəkləməyə davam edir.



AZƏRTAC wwd.com saytına istinadla xəbər verir ki, bu dəfə o, rejissor Marko Bellokkyonun 1965-ci ildə çəkdiyi filmi bərpa edəcək. "Cibdə yumruqlar" dramı "Lokarnoda" festivalda 50 il əvvəl nümayiş edilib və "Gümüş yelkən" mükafatını qazanıb. Avqustun 14-də Lokarnoda filmin yeni versiyasını və titrlərdə Corco Armaninin adını görmək mümkün olacaq. "Mən uşaq olanda kinoya getmək reallıqdan uzaqlaşmağın yeganə yolu idi. Köhnə filmlərin qəhrəmanları kimi özümü təsəvvür etmək, onların xarakterlərini özümə aid etmək, onların həyatlarını yaşamaq mənim xoşuma gəlirdi", - deyə Corco Armani müsahibəsində bildirib.

Dizaynerin sözlərinə görə, illər keçdikdən sonra onun ən yaxşı rejissor və aktyorlarla əməkdaşlıq etmək, onlara dünya kinematoqrafının irsini qorumaqda kömək etmək şansı yarandı. "Deyəsən, mənim uşaqlıq arzularım çin olur", - deyə dizayner əlavə edib.

Diaspora