Əmək pensiyalarının minimum məbləği hələlik proqnozlaşdırılmayıb - DSMF sədri

Əmək pensiyalarının minimum məbləği hələlik proqnozlaşdırılmayıb -  DSMF sədri backend

Əmək pensiyalarının minimum məbləği hələlik proqnozlaşdırılmayıb.

Trend-in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov 2021-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

"Əmək pensiyalarının orta aylıq məbləği gələn il üçün 345 manat, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 375, əmək pensiyalarının minimum məbləği isə hələlik proqnozlaşdırılmayıb", - deyə sədr əlavə edib.

Onun sözlərinə görə, gələn il üçün DSMF-nin xərcləri 5307 mln. manat proqnozlaşdırılıb.

loading...
Diaspora