DSMF sədri şəhid ailələrinə və qazilərə edilən ödənişlərin statistikasını açıqlayıb

DSMF sədri şəhid ailələrinə və qazilərə edilən ödənişlərin statistikasını açıqlayıb backend

Cari ilin əvvəlindən şəhid ailəsi üzvlərinin və müharibə əlilləri üçün sosial ödənişlərin məbləğləri orta hesabla 50% artırılmaqla ödənilib.

Trend-in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov 2021-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

"Şəhid ailələrinə 15800-dən artıq sosial ödəniş təyin edilib. Müharibədə yaralanmış qazilərimizə 4800-a yaxın sosial ödəniş təyin olunub. Şəhid ailə üzvlərinə və müharibə əlillərinə xidmətlərin proaktiv şəkildə təmin edilməsi üçün "Zəfər" AS tətbiqinə başlanılıb. DSMF tərəfindən 13000 qazimiz ziyarət olunub", - deyə sədr qeyd edib.

 

Onun sözlərinə görə, Gəncə, Masallı və Ucarda şəhid ailələrinə və müharibə əlillərinə bir pəncərə modelində xidmətlərin təşkili üçün Vahid Əlaqələndirmə Mərkəzləri yaradılıb.

loading...
Diaspora