Mövcud olan bütün platformalar üzrə dünyaca tanınmış “Grand Theft Auto V” oyununun satış həcmi 54 milyonu keçib.
İKT.lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə istehsalçı şirkəti “Take-Two Interactive”nin 6 aylıq hesabatında deyilir.
Belə ki, GTA V oyunun sabit satışı istehsalçıya bu ilin 6 ayı ərzində 366,4 milyon dollar gəlir əldə etməyə imkan verib. Bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 142 faiz çoxdur. “Take-Two Interactive” şirkətinin GTA V oyunundan başqa, əsas gəlir yeri “GTA Online”, “NBA 2K15”, “Borderlands: The Handsome Collection” və “WWE 2K15” oyunları təşkil edir.