Qəzalı vəziyyətdə idarə olunan maşın barədə AÇIQLAMA - VİDEO

Qəzalı vəziyyətdə idarə olunan maşın barədə  AÇIQLAMA - VİDEO backend

Xəbər verdiyimiz kimi dünən Sumqayıtda nasaz vəziyyətdə yola çıxan məişət tullantılarının daşınması üçün istifadə edilən maşın digər hərəkət iştirakçıları üçün real təhlükə yaradıb.

Eyni zamanda yük maşının üzərində dövlət nömrə nişanının olmaması da diqqətdən yayınmayıb.

Sözügedən məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “Sumqayıt Şəhər Təmizlik Departamenti” MMC-nin direktoru Atəş Rüstəmov sözügedən videogörüntülərin həmin maşının təmirə getdiyi zaman çəkildiyini qeyd edib:

“Departamentə məxsus zibildaşıyan maşının göründüyü halda olmasına səbəb iş saatlarında baş verən qəza olub. Belə ki, həddən artıq yükləndiyi üçün maşının hava yastıqlarında (pnevmatik asqı sistemində) problem yaranıb. Bu zaman arxa tərəfə hava getmir və bu texniki nasazlıq yaradır. Həmin an maşın təmirə gedirdi. Sürücülərdən kimsə çəkib, sosial şəbəkədə paylaşıb. Hazırda da həmin avtomobil təmir edilib və xidmətdədir. Maşının dövlət nömrə nişanı isə üzərində olub. Sadəcə ola bilər ki, üzəri təmizlənmədiyindən videoda görünmür”.

loading...
Diaspora