Bu gün Azərbaycanda vəkillərin peşə bayramıdır

Bu gün Azərbaycanda vəkillərin peşə bayramıdır backend

Bu gün Azərbaycanda vəkillərin peşə bayramı günüdür.

28 dekabr - "Vəkil günü" münasibətilə Vəkillər Kollegiyasının rəhbərliyi və üzvləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Heydər Əliyevin xatirəsini ehtiramla yad edən vəkillər onun məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2019-cu il dekabrın 25-də imzaladığı sərəncama əsasən, dekabrın 28-i Azərbaycanda vəkillərin peşə bayramı günü kimi təsis edilib.

loading...
Diaspora