Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor yeni təyinat alıb

Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor yeni təyinat alıb backend

Beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov yeni təyinat alıb.



AFFA-dan AZƏRTAC-a bildiriblər ki, o, futzal üzrə UEFA kubokunun ilkin seçmə mərhələsinin “H” qrupunda keçiriləcək oyunlarda iştirak edəcək. Bu qrupda “Göteborq” (İsveç), “MNK Centar Carajevo” (Bosniya və Herseqovina) və “Mobulu Futsal UNI Bern” (İsveçrə) komandaları mübarizə aparacaq. Oyunlar avqustun 27-29-da İsveçrədə keçiriləcək.
Diaspora