Azərbaycan Regional Rabitə Birliyinin iclaslarında təmsil olunacaq

Azərbaycan Regional Rabitə Birliyinin iclaslarında təmsil olunacaq backend

Sentyabrın 7-dən 11-dək Moskvada Regional Rabitə Birliyinin (RRB) radiotezlik çeşidinin və peyk orbitlərinin istifadəsinin tənzimlənməsi üzrə komissiyasının və Dünya radiorabitə konfransına hazırlıq üzrə işçi qrupunun iclasları keçiriləcək. Tədbirlərdə Azərbaycanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin baş mütəxəssisi və RRB-nin radiotezlik çeşidinin və peyk orbitlərinin istifadəsinin tənzimlənməsi üzrə komissiyasının sədr müavinlərindən biri olan Qulam Abdullayev təmsil edəcək.



Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, iclaslarda dünya radiorabitə konfransının gündəliyi, RRB-yə üzv ölkələrinin rabitə administrasiyalarının əlavə təklifləri və eyni zamanda 2015-ci ildə Radiorabitə Assambleyasına hazırlıq məsələləri müzakirə olunacaq.
Diaspora