Bakıda sosial şəbəkə istifadəçilərini şantaj edən şəxs həbs edilib - FOTO

Bakıda sosial şəbəkə istifadəçilərini şantaj edən şəxs həbs edilib - FOTO backend

Sosial şəbəkələrdə bir çox insanın şəxsi foto və videogörüntülərini ələ keçirərək onlardan pul tələb edən şəxs müəyyən edilib.

Apa-nın xəbərinə görə, prokurorluq və polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla sosial şəbəkə istifadəçilərini şantaj edən Bakı şəhər sakini Kamran İsgəndərov saxlanılıb.

K.İsgəndərov barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılaraq, barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Faktı Baş Prokurorluğun Mətbuat Xidmətindən Apa-ya təsdiq ediblər.

Qeyd edək ki, prokurorluq və polis əməkdaşları tərəfindən sosial şəbəkələrdə bu kimi qanunsuz hərəkətlərə yol verən şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

loading...
Diaspora