Aşıq Ələsgərin heykəli üçün müsabiqə elan olundu

Aşıq Ələsgərin heykəli üçün müsabiqə elan olundu backend

Prezident İlham Əliyevin Sərncamına əsasən Aşıq Ələsgərin heykəlinin ucaldılmasına start verilib.

Bununla bağlı Mədəniyyət Nazirliyi heykəltəraşlar arasında müsabiqə elan edib.

Müsabiqə 23 dekabr 2021-ci il - 15 mart 2022-ci il tarixlərində keçiriləcəkdir. Eskiz layihələr “Ekspert komissiyası”nın üzvləri tərəfindən qiymətləndiriləcəkdir.

Müsabiqənin qalibi barədə məlumatlar əsas mərhələ başa çatdıqdan 15 gün sonra 30 mart 2022-ci il tarixində Mədəniyyət Nazirliyinin rəsmi saytında (culture.gov.az) yayımlanacaqdır.

Qeyd edək ki, 2021-ci ildə Aşıq Ələsgərin 200 illik yubileyi Dövlət səviyyəsində qeyd olunub. Həmçinin, Bakı şəhərində onun heykəlinin ucaldılması planşdırılır. Bunula bağlı, Prezident İlham Əliyev 30 noyabr 2021-ci il tarixində Sərəncam imzalayıb. 

loading...
Diaspora