Bu səhər London birjasında Brent markalı neftin bir barelinin qiyməti 60 dollara yüksəlib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiyaya tətbiq edilən sanksiyalardan sonra kəskin azalan neftin qiyməti sonuncu dəfə dekabrın 14-də indiki səviyyədə olub.Ekspertlərin fikrincə, qiymət artımına səbəb Ukrayna böhranı ilə bağlı Minskdə keçirilən "Normand dordlüyü"nün görüşündə əldə edilən razılaşma olub.