Ağdam rayonunda Milli qəhrəmanlar Faiq Ağayevin və Hidayət Rüstəmovun xatirələri anılıb

Ağdam rayonunda Milli qəhrəmanlar Faiq Ağayevin və Hidayət Rüstəmovun xatirələri anılıb backend

Ağdam rayon Quzanlı qəsəbəsində 1991-ci ildə şəhid olmuş, Azərbaycan Respublikasının Milli qəhrəmanları Faiq Ağayevin və Hidayət Rüstəmovun anım tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam polis alayının şəhid ailələrinin, Ağdam polis alayının qazi və veteranlarının, Ağdam Rayon İcra Hakimiyyətinin və Polis Şöbəsinin əməkdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi, Şəhidlər xiyabanı və Şəhidlər abidə kompleksi ziyarət olunub, önünə gül dəstələri qoyulub.

Ağdam Rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Azərbaycanın Milli qəhrəmanları Faiq Ağayevin və Hidayət Rüstəmovun keçdikləri döyüş yolundan, gənclərə örnək olan qəhrəmanlıqlarından söz açıblar. Məlumat verilib ki, Ağdam Rayon Polis Şöbəsinin tərkibində yaranmış polis alayında xidmət edən Faiq Ağayev və Hidayət Rüstəmov 1991-ci il dekabrın 23-də erməni hərbi birləşmələrinin hücumuna məruz qalmış Xocalı rayonunun Meşəli kənd sakinlərinin müdafiəsi zamanı qəhrəmanlıqla şəhid olublar. Qəhrəman polis əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölümlərindən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Diaspora